Sentiyabırın 16-da Ledi Qaqa Türkiyədə ilk konsertini verəcək.
Gecce.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünya “star”I Ledi Qaqa bu ayın 16-da verəcəyi konserti üçün artıq İstanbula gəlib.
Ledi Qaqa onu hava limanında saatlarca gözləyən pərəstişkarlarının sevgi dolu baxışları və çılğın səs küyünün müşaiyyəti ilə təyyarədən enib. Pərəstişkarlarına əl uzadaraq qarşılıq verən Qaqa, onlarla şəkil çəkdirib, imzasını payladıqdan sonra dincəlməkməqsədi ilə onun üçün ayrılmış oteldəki “nömrə”sinə yollanıb.
Ledi Qaqanın konsert öncəki planlarına İstanbulu gəzmək və məşhur Türk hamamlarından birində çimmək də daxildir.