Xəbər lenti

Lekima qasırğası 48 ölü, 21 itkinə səbəb oldu
Dünya05:53 13.08.2019

Lekima qasırğası 48 ölü, 21 itkinə səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin şərqində müşahidə edilən Lekima qasırğası itkilərə səbəb olub.
Qaynarinfo xəbər verir ki, təbii fəlakət bu günə qədər 48 nəfərin ölümü, 21 nəfərin itkin düşməsi ilə nəticələnib.
Lekima qasırğası ümumilikdə 7 milyon insana təsir göstərib, 1 milyon 680 min nəfər təxliyyə edilib. Təbiət hadisəsi 234 min hektar əkin sahəsini məhv edib, ərazidə sel və torpaq sürüşməsi təhlükəsi yaranıb. Qasırğa səbəbilə Şanxayda minlərlə təyyarə səfəri təxirə salınıb.
Təbiət hadisəsinin ölkə iqtisadiyyatına vurduğu zərərin dəyəri təxminən 212 milyon dollardır.
Gülşən