
“Bəlkə mənim də qismətimdə bir güllə oldu”
Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində ölən əsgər, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu facebook sosial şəbəkəsində mütəmadi olaraq şəkillərini, o cümlədən hərbi xidmətdə olduğu müddətdə çəkdirdiyi fotoları paylaşıb.
Qaynar.info-nun Lent.az-a istinadən verdiyi xəbərə görə, Anar Əsgərli profil şəkilini ölümündən bir neçə saat əvvəl dəyişdirib. Həmin fotoda əsgər məzarına qərənfil qoyan qız təsvir olunub, Stasunda isə belə yazılıb: “Bəlkə mənim də qismətimdə bir güllə oldu”. Foto 12 nəfər tərəfindən bəyənilib.





