Xəbər lenti

Lənkəran çay daşır: ölkədə daşqın təhlükəsi var? (AÇIQLAMA)
Ölkə14:27 04.10.2017

Lənkəran çay daşır: ölkədə daşqın təhlükəsi var? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər yağan aramsız yağışlar çaylarda sululuq səviyyəsinin artmasına səbəb olub. Artıq bu vəziyyət bir çox çaylarda, xüsusən dağ çaylarında özünü biruzə verir.

Səviyyəsi artan çaylardan biri də Lənkəran çayıdır. Cənubi zonasında 5 gündür davam edən aramsız yağışlar çayın səviyyəsinin nəzərə çarpacaq dərəcədə artmasına səbəb olub ki, bu narahatlıqlar yaradıb.

Lənkəran çay bu gün

"Qaynarinfo"nun əməkdaşı daşqın təhlükəsinin olub-olmaması ilə bağlı vəziyyəti öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin Hidroloji Proqnozlar şöbəsinin rəisi Vəfa Məmmədovaya müraciət edib. Nazirlik rəsmisinin sözlərinə görə, mövsümlə bağlı bu cür halların olması normaldır:

"Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, bəzi yerlərdə leysan xarakterli olan intensiv yağışların yağması ilə bağlı əksər çaylarda sululuğun artması müşahidə olunub. Lakin daşqın və sel haqqında məntəqələrimiz tərəfindən bizə heç bir məlumat daxil olmayıb. Bu cür hava şəraiti oktyabrın 5-i gündüz saatlarına qədər davam edəcək və daha sonra yağmursuz hava şəraiti gözlənilir. Əslində, bu cür hava şəraiti mövsümə uyğun olaraq xarakterik hesab olunur. Yəni burda təhlükəli hal yoxdur". 

Lalə Niftalıyeva

Qaynarinfo.Az