Xəbər lenti

Lənkəran müsavatçılarından İcra Hakimiyyətinə müraciət
Ölkə06:00 22.04.2013

Lənkəran müsavatçılarından İcra Hakimiyyətinə müraciət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyası Lənkəran təşkilatı Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. 

Qaynar.info-nun məlumatına görə, müraciətdə deyilir: 

"Bu müraciəti sizə ünvanlamaqda məqsədimiz general Zadir Rzayevin ölümündən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq anadan olduğu rayonda adının əbədiləşdirilməsi üçün heç bir tədbir görülməməsinə diqqətinizi yönəltməkdir.

Nəzərinizə çatdırmaq istəyirik ki, peşəkar hərbçi olan Zadir Rzayev 1991-ci ildə könüllü olaraq sovet ordusu sıralarından təxris olunmuş və hərbi təcavüzə məruz qalmış Vətəninin köməyinə gəlmişdir. Azərbaycan silahlı qüvvələrinin yaradılmasında, erməni dəstələrinə müqavimətin təşkilində Zadir Rzayevin müstəsna xidmətləri olmuşdur. Məhz bu səbəbdən o, 1992-ci ilin oktyabrın 19-da general-mayor rütbəsinə layiq görülmüş, 1993-cü ilin iyunun 16-da isə müdafə nazirinin birinci müavini postuna təyin edilmişdir ki, vəfatına qədər bu vəzifəni tutmuşdur.

Ağır xəstəlikdən 2010-cu ilin yanvarın 29-da vəfat edən generalın vəfatından keçən müddət ərzində xatirəsi əbədiləşdirilməmişdir. Hesab edirik ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümünə qədər bu nöqsanın aradan qaldırılması (Lənkəran şəhərinin küçələrindən birinə adının verilməsi, parkların birində büstünün qoyulması) həm mərhum generalın xatirəsi önündə, həm də milli-vətənpərvərlik hisslərinin populyarlaşdırılması istiqamətində vacib addım olardı".

Qaynar.info