Xəbər lenti

Lənkəran Teatrında
Foto 17:35 23.12.2023

Lənkəran Teatrında "Qış nağılı"nın premyerası oldu (FOTOLAR)

Dekabrın 23-ü Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün "Qış nağılı" Yeni il tamaşasının premyerası baş tutub.

Anar Babalının Həmid Piriyevin eyniadlı pyesi əsasında səhnələşdirdiyi tamaşada dəcəl dovşan balaları xoş vaxt keçirmək üçün Karlsonu yanlarına çağırırlar. Əjdaha isə onlara mane olmaq istəyir. Lakin, dostluq hər şeyə qalib gəlir.

Tamaşanın ikinci rejissoru Günay Səlimzadə, prodüseri İntiqam Hacılı, quruluşçu rəssamı Güli Süleymanlı, xoreoqrafı Günel Abbaszadədir. 

Rolları Hikmət Cəfərov, Buludxan Buludov, Gülər Kərimova, Günel Abbaszadə, Vəfa Hacızadə, Teymur Hacızadə və Nizami Qurbanov ifa edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->