
Bu gün Rusiyanın Volqoqrad şəhərində Volqoqrad-Bakı dostluq parkının açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov, Volqoqradın meri İrina Quseva və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan milli ornamentlərinin istifadə edildiyi park mövcud Mərkəzi Mədəniyyət və İstirahət parkının 7 hektar sahəsini əhatə edəcək.
Parkın təntənəli təməlqoyma mərasimi 2013-cü il iyunun 5-də, IV "Rusiya-Azərbaycan: dinlərarası dialoq - 2013" Forumunun ilk günündə keçirilib.
Qaynar.info