Xəbər lenti

Leyla Yunus əməliyyat olundu
Ölkə08:24 14.01.2014

Leyla Yunus əməliyyat olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hüquq müdafiəçisi Leyla Yunus ağır əməliyyat keçirib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Mirvari Qəhrəmanlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, yanvarın 12-də hüquq müdafiəçisi Leyla Yunus İstanbul şəhərində yerləşən Alman Hastanesinde cərrahiyyə əməliyyatı olunub. Uzun müddətdir ki, müalicə olunan Leyla xanımın əməliyyatı normal keçsə də, əməliyyat zamanı onun sol göz bəbəyi amputasiya edilmiş və protez göz birləşdirilib.

Həkimlərin sözlərinə görə, hazırda Leyla xanımın vəziyyəti kafidir, reanimasiya şəraitindədir. Bu məlumatı sizlərin dəqqətinə çatdıraraq, Allahdan Leyla xanıma şəfalar diləyir, dualarınızı əksik etməmənizi rica edirik.

Xatırladım ki, xanım Leyla Yunus ötən ilin Noyabr ayında eyni xəstəxanada prof.dr.Can Şanioğlu tərəfindən əməliyyat olunmuş və xəstəliyinin qismən aradan qaldırılması təmin olunmuşdu. Yanvarın əvvəlində keçirilən növbəti müayinə zamanı Leyla xanımın yenidən əməliyyat olunması məsləhət görülmüşdür.

Yanvarın 21-də Leyla xanım Azərbaycana dönəcək.

Qaynar.info