
Hazırda həbsdə olan Sülh və Demokratiya İnstitunun direktoru, hüquq-müdafiəçisi, Leyla Yunusa "Sergio Vieira de Mello" mükafatı verilib.
Arqument.Az xarici KİV-ə istinadən xəbər verir ki, təltif mərasimi Polşanın Krakov şəhərində baş tutub.
Tədbirdə Polaşanın siyasi və mədəni elitası ilə yanaşı, dünyanın bir cox ölkələrindən qonaqlar iştirak edib.
Xatırladaq ki, bu mükafat 19 avqust 2003-cü ildə İrqada partlayış nəticəsində həlak olan BMT-nin İnsan haqqları üzrə Ali Komissarı Sergio Vieira de Mellonun adınadır. Mükafat bir sıra beynəlxalq təşkilatların təşəbbüsü ilə təsis edilib. Mükafat nufuzlu hüquq müdafiəcilərinə, sülh uğrunda mübarizə aparan şəxlərə verilir.
Qaynar.info