Xəbər lenti

Leysan yağışlar Şəkidə fəsadlar törətdi (FOTOLAR)
Ölkə19:29 23.08.2020

Leysan yağışlar Şəkidə fəsadlar törətdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Leysan yağışlar Şəkidə bir-sıra fəsadlar törədib.
APA-nın məlumatına görə, avqustun 22-i axşam saatlarından başlayan aramsız yağışlar nəticəsində Şəki şəhərindən axan Qurcana,  Kiş çaylarında suyun səviyyəsi bir-neçə dəfə artıb, çaylarda qısa müddət ərazində sel keçib. 
Qurcana çayında qısamüddətli sel keçməsi nəticəsində çayın şəhərin 20 Yanvar və Axundzadə   prospektlərindən keçən hissəsində ayrı-ayrı yerlərdə 50 metrdən cox  istinad divarları dağılıb, bir-neçə iri ğövdəli ağaclar aşıb, işıq dirəkləri, telefon xətləri və qaz mağestralının çay kənarıyla gedən hissəsi sıradan çıxıb. 
Cayın yataq hissəsində olan selin sürətini azaldan su tullamaları tamamilə dağılıb.