Xəbər lenti

Liftdə qalan 5 nəfər xilas edildi - 1-i azyaşlıdır
Ölkə06:40 17.05.2020

Liftdə qalan 5 nəfər xilas edildi - 1-i azyaşlıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda liftdə qalan beş nəfər xilas edilib. 
Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Qaradağ rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.
Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.