Xəbər lenti

Lionel Messi: "Kubok qazanmasaq, karyeramı bitirəcəm"
İdman07:00 21.03.2018

Lionel Messi: "Kubok qazanmasaq, karyeramı bitirəcəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lionel Messi Dünya çempionatından sonra milli karyerasını bitirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə argentinalı futbolçu özü məlumat verib.
"Milli komanda ilə uduzduğumuz matçlardan, finallardan sonra bir neçə dəfə ölkəmdəki insanların arzularını həyata keçirə bilmədiyim üçün ağlamışam. Rusiyada kuboku qazana bilməsək, ən yaxşısı milli karyeramı bitirmək olacaq. Arzum Rusiyada Dünya çempionu olmaqdı" deyə Messi bildirib.
Qeyd edək ki, Argentina "DÇ-2018"də Xorvatiya, İslandiya və Nigeriya ilə birlikdə D qrupunda mübarizə aparacaq.
Aydın