Xəbər lenti

Litvada müdafiə vergisi tətbiq oluna bilər
Dünya14:19 11.12.2023

Litvada müdafiə vergisi tətbiq oluna bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Litva hakimiyyəti yaxın illərdə müdafiə vergisi tətbiq edə bilər. 
Qaynarinfo xəbər verir ki, bu barədə LRT-yə istinadən respublika prezidenti Gitanas Nauseda bildirib.
"Bəli, 2025-ci ildən müdafiə vergisindən danışmaq olar, amma ilk növbədə borclanmanın verdiyi imkanlardan istifadə etməliyik... 2024-cü il ərzində mən müzakirələrə başlamağa, müdafiə vergisinin mümkün formatı ilə bağlı müzakirələrdə iştirak etməyə hazıram, amma bu gün bu barədə danışmaq tezdir", deyə Nauseda bildirib.
Dövlət başçısının sözlərinə görə, gələcəkdə Litva hakimiyyəti yeni verginin tətbiqinin zəruriliyini müəyyən etməli olacaq.
Qeyd olunur ki, müdafiə vergisi ideyasını prezident daha əvvəl gələn ilin müdafiə büdcəsini tənqid etməsindən sonra Seymin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Laurinas Kaşçiunas irəli sürüb.
Aydın