"Liverpul" Çempionlar Liqasının finalı çərçivəsində "Tottenhem"lə oynanılacaq matç ərəfəsində iştirak ərizəsini açıqlayıb.
23 nəfərlik siyahıda aşağıdakı futbolçuların adları yer alıb:
Qapıçılar: Alisson, Simon Minyole, Kuivin Kelleher;
Müdafiəçilər: Trent Aleksandr-Arnold, Co Qomes, Deyan Lovren, Joel Matip, Alberto Moreno, Endryu Robertson, Vircil van Deyk;
Yarımmüdafiəçilər: Fabinyo, Cordan Henderson, Adam Lallana, Ceyms Milner, Aleks Oksleyd-Çemberlen, Corcinyo Veynaldum;
Hücumçular: Rian Bryuster, Robertu Firminu, Sadio Mane, Divok Orici, Məhəmməd Salah, Cerdan Şakiri, Deniel Starric.
Zədəli Nabi Keytanın adı iştirak ərizəsinə daxil edilməyib.
Madriddə yerləşən "Vanda Metropolitano" stadionunun ev sahibliyi edəcəyi final oyunu sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.