Xəbər lenti

Ölkə prezidenti ilə görüşə belə getdi
Dünya20:28 08.06.2016

Ölkə prezidenti ilə görüşə belə getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Görüşdə komandanın bütün üzvləri iştirak edib.

Portuqaliya prezidenti Kavaku Silva bu gün "AVRO-2016”da yarışacaq ölkə millisinin üzvləri ilə görüşüb. ANS PRESS-in məlumatına görə, dövlət başçısı futbolçulara dəstəyini ifadə edib və onlara inandığını deyib.

Görüşdə Portuqaliya millisinin lideri Kriştiano Ronaldo olmaqla komandanın bütün üzvləri iştirak ediblər. F qrupunda qərarlaşan Portuqaliya millisi Avstriya, İslandiya və Macarıstanla mübarizə aparacaq. Yığmanın baş məşqçisi Fernando Santuş qarşıdakı turnirə aparacağı 23 futbolçunu müəyyənləşdirib. 

Portuqaliya millisinin "Avro-2016"nın final mərhələsi üçün yekun heyəti belədir:

Qapıçılar: Rui Patrisio ("Sportinq"), Antoni Lopeş ("Lion", Fransa), Eduardu ("Dinamo", Xorvatiya)

Müdafiəçilər: Sedrik ("Sauthempton", İngiltərə), Pepe ("Real", Madrid, İspaniya), Bruno Alveş ("Fənərbaxça", Türkiyə), Joze Fonte ("Sauthempton", İngiltərə), Elizeu ("Benfika"), Rafael Herreyru ("Loryan", Fransa), Rikardu Karvalyo ("Monako", Fransa)

Yarımmüdafiəçilər: Vieyrinya ("Volfsburq", Almaniya), Villiam Karvalyu ("Sportinq"), Danilu Pereyra ("Portu"), Joau Mariu ("Sportinq"), Andre Qomeş ("Valensiya", İspaniya), Andrien Silva ("Sportinq"), Renatu Sanşeş ("Benfika"), Joau Moutinyo ("Monako", Fransa)

Hücumçular: Kriştiano Ronaldo ("Real", Madrid), Rikardo Quarejma ("Beşiktaş", Türkiyə), Eder ("Lill", Fransa), Luiş Nani ("Fənərbaxça", Türkiyə), Rafael Silva ("Braqa")

Final mərhələsində F qrupunda yer alan Portuqlaiya iyunun 14-də İslandiya, iyunun 18-də Avstriya, iyunun 22-də Macarıstanla görüşəcək. 

Qaynarinfo.az