Xəbər lenti

Ölkə prezidentinin evini su basdı
Dünya08:17 04.06.2015

Ölkə prezidentinin evini su basdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nikaraquada yağan leysan nəticəsində ölkə prezidenti Daniel Orteqanın evi də daxil olmaqla iki min tikilini su basıb. Bu haqda Nikaraqua hökuməti məlumat yayıb.

"Heç kim inanmaz, ancaq ötən gün evimizin içində su topuqdan idi", - Nikaraqua prezidentinin xanımı Rosario Murilo bildirib.

Onun sözlərinə görə, prezidentin evindən suyu xəkəndaz və vedrə ilə yığıblar: "Bu işdə bizə dövlət başçısının evdəki köməkçiləri, hərbçilər və polislər yardım edib".

Rosario Murilo deyib ki, güclü yağış nəticəsində on mindən çox insanın ev əşyası ziyan görüb, 9 xəstəxana batıb, xəstələr təxliyə olunub.

İki saat ərzində aylıq norma miqdarında yağış yağıb. ( Report)

Qaynar.info