
Demokratiyaya Yardım Fondu “Facebook” sosial şəbəkəsində “10 qəpik” kampaniyasına başlayıb.
Qaynar.info-nun məlumatına görə, sosial şəbəkədə başlanılan aksiyaya artıq min nəfər qoşulub. Aksiya təşkilatçıları bildirirlər ki, 12 yanvar “Əsgər ölümlərinə son!” və 26 yanvar “İsmayıllıya dəstək!” aksiyasında ictimai-siyasi fəallar və adi vətəndaşlar yüksək miqdarda cərimələndilər. “Əsgər ölümlərinə son!” aksiyasında cərimələnən fəallar üçün uğurlu “5 qəpik” kampaniyası keçirildi və cərimələr ödəndi. Amma “İsmayıllıya dəstək!” aksiyasında cərimələnənlərin əksəriyyəti isə hələ də bu cərimələri ödəyə bilməyiblər.
Həmçinin hazırda Azərbaycanın regionlarında xüsusi maraqla izlənilən “Azərbaycan saatı” proqramının fəaliyyətini dayandırmaq təhlükəsi var. Bu problemləri nəzərə alıb, vətəndaş cəmiyyəti nümayəndələri olaraq qərara gəldik ki, “Demokratiyaya Yardım Fondu” yaradaq və davamlı ianə toplama kampaniyasına başlayaq.
Bu kampaniyanın məqsədi həm aksiyalarda, mitinqlərdə cərimələnənlərin üzərinə düşən yükü paylaşdırmaq, onların cərimələrinin ödənməsinə, həm də hazırda vətəndaşları düzgün informasiya ilə təmin edən – “Azərbaycan saatı” verilişinin fəaliyyətinin davam etdirilməsinə yardım etməkdir.
Təşkilatçılar həmçinin bildiriblər ki, toplanılan ianələrin şəffaflığının təmin olunması üçün müəyyən müddətdən bir ictimiayyətə açıqlamalar, hesabatlar veriləcək. İanələrin toplanması üçün qutular qoyulub. Qutuların qoyulduğu məntəqələr və əlaqə nömrələri:
1. VHP-nin qərargahı: Xətai rayonu, Xəqani Rüstəmov küç 1210-cu məhəllə. 3 qutu:
VHP GT – Samir – 055 753 33 83
AGT – Ənvər – 070 544 28 62
N!DA – Haldun – 051 528 39 57
2. REAL Hərəkatının ofisi: İ. Qutqaşınlı küçəsi 97, “Altes Plaza”nın yanından 500 metr. 1 qutu:
Rəsul – 050 586 35 37
3. Azərbaycan Avropa Hərəkatının ofisi: Səməd Vurğun 17, mən. 34. 2 qutu:
AAH – Fəzilət – 051 586 43 41
Dalğa GH – Kənan – 051 706 98 96
4. Musavat Partiyasının qərərgahı: Baki, Dərnəgül qəs., 3097 məhəllə, 2 sayli Evtikmə Kombinatının İnzibati binası. 2 qutu:
Müsavat GT – Elçin – 050 300 15 78
AXCP GK – Nihad – 055 393 64 40
5. SMDT-nin ofisi: Vaqif pr. 3, mənzil 156. 1 qutu:
Məhəmməd – 055 840 06 67
6. Müsbət Dəyişiklik Gənclər Hərəkatının ofisi: Nizami metrosu yaxınlığında Murtuza Muxtarov 149. 1 qutu:
Səlim – 051 521 99 44
Xatırladaq ki, aksiya martın 31-nə kimi davam edəcək.
Qaynar.info