Xəbər lenti

Ölkədə pulların saxtalaşdırılması prosesi necə gedir?
Ölkə12:22 18.07.2013

Ölkədə pulların saxtalaşdırılması prosesi necə gedir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda saxta pul kəsilməsi səviyyəsi orta dünya göstəricisindən nisbətən xeyli aşağıdır.

Bunu Azərbaycan Mərkəzi Bankı (AMB) Nağd pullar Departamentinin direktoru Hacıbaba Mənsimov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əgər Avropada dövriyyədə olan hər 20 min əsginasa 1 müsadirə olunmuş saxta banknot düşürsə, Azərbaycanda bu göstərici hər 250 min əsginasa 1 saxta əsginasa bərabərdir. Yəni, təxminən 13 dəfə daha az rast gəlinir.

H.Mənsimov bildirib ki, 2013-cü ilin birinci yarısında AMB bazardan müsadirə edərək, məhv etmək üçün 600-dən çox saxta əsginas çıxarıb: «Azərbaycanda bu istiqamətdə artım dinamikası var. Lakin bizim ölkədə bu istiqamətdə istifadə olunan texnika olduqca aşağı səviyyədə olduğundan, belə halları aşkar etmək çətin olmur».//APA

Qaynar.info