Xəbər lenti

Ölkəmiz beynəlxalq folklor festivalında təmsil olunub
Ölkə07:31 16.05.2013

Ölkəmiz beynəlxalq folklor festivalında təmsil olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbə gənclər təşkilatının rəqs klubunun rəhbəri Rəsul Cabbarov Türkiyənin İstanbul şəhərində keçirilmiş 8-ci Beynəlxalq folklor festivalında iştirak edib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat katibi Məcid Musayev AzərTAc-a bildirib ki, festivalın əsas məqsədi mədəniyyət vasitəsilə müxtəlif ölkələrin gəncləri arasında dostluq əlaqələrinin qurulmasından ibarətdir.

Türkiyənin Yedi Tepe Universitetinin təşkilatçılığı ilə keçirilmiş festivalda Azərbaycan, Türkiyə, Serbiya, Polşa və başqa ölkələrdən olan 125 gənc öz ölkələrinin milli rəqslərini, geyimlərini nümayiş etdiriblər.

Festivalın sonunda bütün iştirakçılar sertifikatlarla mükafatlandırılıb.

Qaynar.info