Xəbər lenti

Ölkəyə səs salan bəy-gəlinin evindən reportaj - FOTO/VİDEO
Ölkə14:46 02.05.2015

Ölkəyə səs salan bəy-gəlinin evindən reportaj - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaur və Vüsalə cütlüyü bu ilin ən yada qalan toy mərasiminə imza atdı. Bu toy günlərlə mediada, sosial şəbəkələrdə müzakirə olundu. Səbəb isə sağlam bir qızın fiziki məhdudiyyətləri olan bir gənc üçün etdiyi fədakarlıq idi. 
Fiziki məhdudiyyətli insanların qəbul olunmadığı, bəzən hətta xor görüldüyü bir cəmiyyətdə bu iki gəncin xoşbəxt ailə qurması hər kəsin marağına səbəb oldu. Sosial şəbəkə istifadəçiləri tərəfindən bu nigah alqışla qarşılandı. 
Musavat.com-un əməkdaşı bu ailəyə olan diqqəti nəzərə alaraq Zaur - Vüsalə cütlüyünün qonağı olub, onların tanışlığı və necə ailə qurması ilə maraqlanıb. 
34 yaşlı Zaur Seyidzadə həyatı boyu hər bir çətinliklə mübarizə apardığını və həyatda hər şeyə nail olduğunu deyir. Onun sözlərinə görə, fiziki məhdudiyyətlər insanın ailə qurmasına, xoşbəxt olmasına əngəl deyil. Hətta bu məsələnin mətbuatda qabardılmasını da qəribə qarşılayır. 
Həyat yodaşı Vüsalə xanım isə deyir ki, o Zauru fiziki məhdudiyyətli insan olaraq görmür, onu sağlam bir insan kimi qəbul edir. 
Zaur Seyidzadə 1981-ci ildə doğulub. İki təhsili var. Bakı Dövlət Universitetinin hüquqşunaslıq və Azərbaycan Dövlət İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirib.
Əlilliyinə gəlincə, onu bu vəziyyətə salan erməni həkim olub. İki yaşında ikən başından çıxan çibanı mülicə etmək üçün müraciət etdikləri həkim əməliyyat edərkən Zaurun sinir sistemini zədələyib və o gündən sağlamlığını itirib. Buna baxmayaraq, həyatda hər şeyin öhdəsindən gələn Zaur Seyidzadə həystımınqutmaq uğrunda mübarizəsini bir an da dayandırmayıb.
Qaynar.info