Gəncədəki "Lokomotiv” stadionunun paltardəyişmı otağından oğurluq olub.
Qaynarinfo-nun məlumatına görə, polisin apardığı araşdırma zamanı oğurluğun 2006-cı il təvəllüdlü Samux rayon sakini, Gəncə şəhəri, Atatürk prospekti, Dəmiryol vağzalının yaxınlığında yerləşən yataqxanada müvəqqəti yaşayan Toğrul (şərti) tərəfindən törədildiyi məlum olub.
O, izahatında bildirib ki, səhər saatlarında Z.Hacıyev küçəsində yerləşən "Lokomotiv” stadionunun qarşısında yeni quraşdırılmış paltardəyişmə otağına daxil olub və gödəkçənin cibindən "Samsung A10S” markalı mobil telefonu götürüb. Daha sonra Mərkəzi Univermaq adlanan ticarət mərkəzinin qarşısında tanımadığı şəxsə 60 manata satıb. Törətdiyi əməldən peşman olduğunu bildirən təqsirləndilən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyərək, barışdığını qeyd edib.
Məhkəmənin qərarı ilə Toğrul İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
Əhməd