Xəbər lenti

Londonda növbəti hücum
Dünya06:23 24.09.2017

Londonda növbəti hücum

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin paytaxtı Londonda növbəti dəfə kimyəvi maddə ilə hücum təşkil edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Londondakı " Westfield London" ticarət mərkəzində insanlara zəhərli sprey ilə hücum edilib. Nəticədə 6 nəfər zəhərli maddənin təsirinə məruz qalıb. Hadisənin kim tərəfindən törədildiyi barədə məlumat yoxdur və rəsmilər hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Londonda son aylarda çox sayda terakt və kimyəvi maddə ilə hücumlar təşkil edilib. Ötən günlərdə isə metrostansiyada partlayış törədilmişdi.

Gülşən

Qaynarinfo.Az