ABŞ-ın Men ştatında naməlum şəxs lotereyada 1,3 milyard dollar udub.
Qaynarinfo "Associated Press” agentliyinə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs yanacaqdoldurma məntəqəsində bilet alıb və 1.3 milyard dollara sahib olub.
ABŞ-da qüvvədə olan qaydalara əsasən, cekpotun qalibi ya uduşun vergiyə cəlb olunan hissəsini (723,5 milyon dollar) nağd şəkildə, ya da daha böyük məbləği otuz il ərzində ala bilər.