Xəbər lenti

Lotu Quli və Lənkəranskinin adamları dalaşdı- Məhkəmədə
Ölkə09:51 21.07.2014

Lotu Quli və Lənkəranskinin adamları dalaşdı- Məhkəmədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 21-də Bakı Apelyasiya Məhkəməsində dustaqlara bibər qazı sıxılıb. 

Qaynar.info "Azadlıq" qəzetinə istinadən xəbər verir ki, dustaqların arasında 5 il yarım həbs cəzası almış NİDA-çı facebook fəalı Əbdül Əbdülov da olub. Bibər qazının təsirindən onun sol əli yanıb.

Bu barədə məhkəmədə iştirak edən NİDA İdarə Heyətinin üzvü Ülvi Həsənli facebook səhifəsində məlumat paylaşıb.

Onun yazdığına görə, məhkəmədə prosesi gözləmək üçün saxlandıqları otaqda dustaqlar arasında mübahisə düşüb. Mübahisə edənlər kriminal aləmin iki avtoritetinin – lotu Quli və Rövşən Lənkəranskinin adamları olub. Yaranan dava-dalaşı yatırmaq üçün məhkəmə nəzarətçiləri onların üstünə bibər qazı sıxıb. Lakin naşılıqdan qaz Əbdül Əbilovun əlini tutub. Nəticədə onun əli yanıb. Ülvi Həsənli yazır ki, Əbdül Əbilovun gözləri də qızarmışdı.

Qaynar.info