Xəbər lenti

Luizianada bir kazinoda iki yüz insan norovirusa yoluxdu
Dünya06:03 08.02.2020

Luizianada bir kazinoda iki yüz insan norovirusa yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Luiziana ştatında ən azı iki yüz nəfər norovirusa yoluxub.
Qaynarinfo xəbər verir ki, bu haqda WVUE televiziya kanalı məlumat verib. Bütün qurbanlar kazinoya baş çəkənlərdir. Hadisə Leyk-Çarlz şəhərində yerləşən L'Auberge Kazinoda meydana gəlib.
Norovirusun yayılması ötən həftə qeydə alınıb.
"Hazırda bunun necə başladığının fərqi yoxdur, çünki indi virusun cəmiyyət daxilində yayılmasını görürük", - Səhiyyə Nazirliyinin yerli rəhbəri Leysi Kavano deyib.
Bəzən bağırsaq və ya mədə qripi adlandırılan Norovirus kəskin bağırsaq infeksiyasına səbəb olur.