Xəbər lenti

Lukaku dediyi sözlərə görə cərimələndi
İdman08:30 05.01.2022

Lukaku dediyi sözlərə görə cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çelsi"də xoşbəxt olmadığını açıqlayan Romelu Lukaku cərimələnib.
Qaynarinfo xəbər verir ki, buna səbəb onun yeni il öncəsi "Sky Sports"a veriyi açıqlama olub. Lukaku açıqlamasında "Çelsi"dəki durumundan narahatlıq keçirdiyini, fiziki baxımdan hər şeyin qaydasında olduğunu deyib. Bundan başqa məşqçinin ona uyğun olmayan sistemə üstünlük verdiyini bildirən Lukaku, sabiq komandası "İnter"ə qayıtmaq istədiyini də dilə gətirib.
Məhz bu açıqlamalarından sonra o, "Liverpul"la oynanılan və 2-2 hesabı ilə bitən matçda heyətə düşməyib. Baş məşqçi Tomas Tuxel bildirib ki, Lukaku artıq üzr istəyib və məşqdə iştirak edib.
Ancaq 28 yaşlı futbolçu üzr istəməsinə baxmayaraq, cəzadan xilas ola bilməyib. "La Repubblica"nın məlumatına görə, "Çelsi" belçikalı hücumçunu bu cür açıqlamalar verdiyi üçün 500 min avro cərimələyib.
Səbuhi Həsənov