Belarusiyanın başçısı Aleksandr Lukaşenko Avropa Birliyi ilə vizaların asanlaşdırılması və readmissiya ilə bağlı müqavilələri imzalayıb.
Qaynarinfo xəbər verir ki, hər iki sənəd aprelin 14-də Respublikanın Milli Qanuni İnternet Portalında dərc edilib.
Xatırladaq ki, bu mövzuda məsləhətləşmələr 2014-cü ildən bəri aparılır. Sazişlərin iyun ayında qüvvəyə minəcəyi gözlənilir. Xüsusilə, razılaşmalar çərçivəsində vizanın dəyərinin 60-35 avro arasında qarşılıqlı azalması olacaq. Eyni zamanda qalma müddəti 180 günə qədər artacaq ki, bu da razılaşmaya qədərkindən iki dəfə çoxdur.
Alpər