Xəbər lenti

Lukaşenko: “Avropanın donmasına imkan verməyəcəyik” (VİDEO)
Dünya11:30 14.09.2022

Lukaşenko: “Avropanın donmasına imkan verməyəcəyik” (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus prezidenti Aleksandr Lukaşenko Avropanın donmasına imkan verməyəcəyini bildirib.
"Avropanın donmasına imkan verməyəcəyik, qardaşlarımıza kömək edəcəyik, bəlkə onlar da nə vaxtsa bizə kömək edəcəklər", - Belarus lideri çərşənbə günü odun doğrayarkən deyib. 
Qaynarinfo xəbər verir ki, odun doğrama videosunu Belarus dövlət başçısının mətbuat xidmətinə yaxın "Pul Pervoqo” Telegram kanalı yayımlayıb.
Lukaşenkonun fikrincə, Avropa indi seçim etməməlidir - yolka və ya başqa növ odun, "əsas odur ki, isti olsun".
"Biz zənginlərin deyil, kəndlilərin, fəhlələrin nə aldığını düşünməliyik. Əsas odur ki, Duda və Moravetski (Prezident Anjey Duda və Baş nazir Mateuş Moravetski - red.) Polşada donmasınlar, onlar bizim qonşularımızdır, bəlkə yaxşı-yaxşı fikirləşələr”, - deyə Belarus prezidenti bildirib.
Alpər