Dünya 14:50 26.06.2022

Lukaşenko Kalininqradın “təcrid olunmasını” müharibə elanı adlandırdı (VİDEO)

Belarus hesab edir ki, Litvadan keçməklə Kalininqrad vilayətinə "tranzitin qarşısının alınması” müharibə elanıdır.

Qaynarinfo-nun məlumatına görə, bunu Belarus lideri Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı deyib.

"Litva da belədir. Son vaxtlar onların Rusiyadan Belarus ərazisi ilə Kalininqrada tranzitini dayandırmaq, Kalininqradı təcrid etmək planları barədə məlumat axını artır. Yaxşı, qulaq asın, bu, onsuz da hansısa müharibə elan etməyə bənzəyir, bu qəbuledilməzdir", deyə Lukaşenko bildirib.

O, həmçinin əlavə edib ki, belə bir siyasət "iyrənc və aqressivdir”.

Nizami Bağırov