Xəbər lenti

Lukaşenko və 30-dan çox Belarus rəsmisinin Litvaya girişi yasaqlandı
Dünya09:10 20.08.2020

Lukaşenko və 30-dan çox Belarus rəsmisinin Litvaya girişi yasaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Litva Aleksandr Lukaşenko və 30-dan çox Belarus səlahiyyətlisini giriş məhdudlaşdırılanlar siyahısına daxil edib.
Qaynarinfo xəbər verir ki, bu haqda "Delfi” qəzeti Litva Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Ölkəyə girişinə yasaq qoyulan məmurların adları açıqlanmayıb. Litva Xarici İşlər Nazirliyinin başçısı Linas Linkeviciusun sözlərinə görə, siyahıda OMON, KQB və Belarusiya Mərkəzi Seçki Komissiyasının rəsmiləri var.
Linkeviçyus əlavə edib ki, Litva Belarusdakı etirazçılara qarşı "zorakılıq və həddindən artıq güc tətbiq edənlərə" qarşı sanksiya tətbiq etmək üçün Avropa Şurasının qətnaməsini dəstəkləyir. O, seçkiləri saxtalaşdıranlara da məhdudiyyətlərin qoyulduğunu diqqətə çatdırıb.
Alpər