Belarusiya Prezidenti Aleksandr Lukaşenko məmurlardan destruktiv mediaya cavab verməyi tələb edib.
Qaynarinfo xəbər verir ki, Lukaşenko bu media orqanlarına işarə edib: "BBC, "Svoboda", "Azad Avropa” və sair, bu kimilər...” Onun sözlərinə görə, bu KİV-lər həmçinin "iğtişaşlara çağırış edirlər".
BelTA-ya görə, ölkənin iqtisadi blokunun rəhbərliyi ilə görüşdə Belarus lideri Kütləvi İnformasiya Vasitələrinə destruktiv məlumatlar təqdim edildiyi halda tədbir görülməsini tələb edib. "Seçki kampaniyasının bitməsini gözləməyə ehtiyac yoxdur”, - prezident əlavə edib.
"Qanunlarımıza əməl etməsələr və insanları Maydanlara çağırsalar, onları ölkədən qovun", - Lukaşenko vurğulayıb.
Lukaşenko mediadan "təhqir ardıyca təhqir" eşitdiyini də qeyd edib: "Tamam, orada məni eninə-uzununa təhqir etdilər. Hətta günahsız məntəqə sədrlərinə də hücum etdilər".
Alpər