Xəbər lenti

Lukaşenko Özbəkistana nə üçün barmaq silkələyir: Daşkəndin suçu nə?
Siyasət05:55 12.01.2022

Lukaşenko Özbəkistana nə üçün barmaq silkələyir: Daşkəndin suçu nə?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Daşkəndin yeganə günahı müstəqil siyasət yürütməsindədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Belarus prezidenti Aleksandr Lukaşenkonun Qazaxıstana KTMT qoşunlarının yeridilməsinin ardınca Özbəkistanı da hədələməsinə münasibət bildirərkən deyib:
"Fikrimcə, Lukaşenko başına gələnləri əməlli-başlı unudub. 2010-cu ildə Rusiya ilə ittifaq müqaviləsi imzaladıqdan sonra Moskva tərəfindən hansı təzyiqlərə məruz qaldığını və bunun fonunda hansı cavabları verdiyini yada salsa, özü üçün dərs çıxarar. Araya düşüb ittifaq dövlətini yaratmaq məqsədilə digər dövlətlərə təzyiq göstərmək, hədələmək missiyasını Rusiya adından Lukaşenko öz üzərinə götürüb. Özbəkistan heç bir günahın sahibi deyil. Yeganə günahı odur ki, müstəqil siyasət yeridir, suverenliyini qorumağa çalışır, neoimperialist cəhdlərə sinə gərir. Yeganə günahı budur”.
Politoloq bildirir ki, Belarus prezidenti bu əməli ilə əslində Moskvanın digər ölkələrlə münasibətlərinin daha da korlanmasına xidmət edir: 
"Lukaşenko başını itirib. Qeyri-qanuni seşildikdən sonra yenidən Rusiya tərəfindən taxta əyləşdirilib. Bu səbəbdən də Moskvaya ayı xidməti göstərməyə çalışır”. 
Rüfət Sultan