
Rusiyanın Komi Respublikasının Usinsk rayonunda neft yatağında 600 kvadrat metr sahədə neft quyusu yanıb.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi yayıb. Yanan neft quyusu "Lukoyl" şirkətinə məxsusdur.
Yanğınla mübarizəyə 185 yanğınsöndürən şəxs və 84 texnika cəlb edilib.
"Lukoyl-Komi"nin məlumatına görə hadisə nəticəsində ölən və yaralanan yoxdur. Yanğın ətraf ərazilərə yayılmayıb və hadisə baş verən ərazidə iş gedir.
Qaynar.Az