
ANS telekanalının aparıcısı Ülvira Qarayeva işdən qovulması barədə olan xəbərə mövqe.az vasitəsilə aydınlıq gətirib.
Aparıcı xanım bildirib: "Qənirə Ataşovanın ev almasına heç bir şəkildə etiraz etmirəm. Bu prezidentin qərarıdır. Belə bir şey yoxdur. Bizim onla şəxsi münasibətlərimiz də çox gözəldir. Halal xoşu olsun. Evdə də gülə-gülə otursun. Mən heç bir şəkildə buna etiraz etməmişəm. ANS-dən 3 nəfər ev alıb və mən də həmkarlarımı təbrik etmişəm. Hal-hazırda işdəyəm. Belə bir söhbətlər yoxdur. Mən ANS-dəyəm, işdəyəm. Bu xəbər doğru deyil”.
Qaynar.info