Xəbər lenti

Maaşı az olanlar da kredit ala biləcək - VİDEO
Ekonomiks19:05 28.05.2016

Maaşı az olanlar da kredit ala biləcək - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda istehlak kreditləri yeni qaydalar əsasında veriləcək. Artıq banklar müştərilərə ölkə üzrə yaşayış minimumunu nəzərə  alaraq kredit verəcəklər.
Bununla da aylıq gəliri 136 manatdan, yəni yaşayış minimumundan yuxarı olan və himayəsində hər hansı bir şəxs olmayanlara da kredit veriləcək. Yeni qaydaların tətbiqini Azərbaycan Banklar Assosasiyası da təsdiqləyib.
Qaynarinfo.az xezerxeber.com-a istinadən bildirir ki, yeni qaydalara görə, müştərilərin kredit üzrə aylıq ödənişləri xalis gəlirləri nəzərə alınaraq müəyyən ediləcək. Belə ki, aylıq gəliri yaşayış minimumunun 3 mislindən artıq olanların kredit üzrə aylıq ödənişləri gəlirlərinin 50%-dən artıq olmamalıdır.
İqtisadçı ekspert Ruslan Atakişiyevin sözlərinə görə, aylıq gəliri 408 manatdan, yəni yaşayış minimumunun 3 mislindən aşağı olan şəxslərin isə kredit üzrə aylıq ödənişləri onun gəlirinin 40%-dən çox olmamalıdır.
Ekspert deyir ki, yeni qaydaların tətbiqi ilə düşünülmədən götürülən kreditlərin qarşısı alınacaq. (Xəzər Xəbər)
Qaynarinfo.az