Xəbər lenti

Macarıstan prezidenti Ukraynanı sülh danışıqlarına başlamağa çağırdı
Dünya13:45 28.08.2023

Macarıstan prezidenti Ukraynanı sülh danışıqlarına başlamağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstan prezidenti Katalin Novak bildirib ki, Volodimir Zelenski ilə görüşdə Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həllinin olmadığını deyib və onu danışıqlar masasına oturmağa çağırıb. 
Qaynarinfo xəbər verir ki, prezidentin sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi il yarımdır davam edir və o, uzunmüddətli sülhə gətirib çıxaracaq hərbi həll yolunu görmür.
Novak qeyd edib ki, məhz bu səbəbdən danışıqlar masasına oturmaq lazımdır. O, bu fikrini həm açıq, həm də qapalı şəkildə Zelenskiyə bildirib.
Aydın