Xəbər lenti

"Macarıstan sülh danışıqlarında vasitəçilik etməyə hazırdır" - Prezident Novak
Dünya16:43 23.08.2023

"Macarıstan sülh danışıqlarında vasitəçilik etməyə hazırdır" - Prezident Novak

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstan prezidenti Katalin Novak ölkəsinin Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyini və sülh danışıqlarında vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, o, bunu Kiyevdə Krım Platforması Sammitində çıxışı zamanı deyib.
Novak qeyd edib ki, o, tammiqyaslı işğalın 75-ci günündə Macarıstanın prezidenti seçilib, daha sonra Ukraynadakı müharibə ilə bağlı Macarıstanın mövqeyini tamlaşdırıb. 
"Mən təsdiqlədim: macarlar silahlı işğalı pisləyir və Ukrayna Avropada öz yerini tutur. Onu da qeyd etdim ki, hərbi cinayətlər araşdırılmalıdır. Biz günahsız qurbanların tərəfindəyik və Macarıstan sülh danışıqlarında vasitəçi rolunu oynamağa hazırdır. Cənab prezident, sizi əmin etmək istəyirəm ki, Macarıstan hələ də bu prinsiplərə əməl edir”, deyə Novak ukraynalı həmkarı Volodimir Zelenskiyə bildirib.
Krım Platformasının sammiti ərəfəsində Macarıstan prezidenti Zakarpatye vilayətinə səfər edib. O, Zelenskiyə "Zakarpatye vilayətində macarlar və cəmiyyətin digər nümayəndələri arasında güclü dostluğa" ümid etdiyini deyib. 
"Özünüz dediyiniz kimi, biz nəhayət Ukraynanın bərpasına nail olduğumuz zaman Zakarpatye gələcək üçün resursdur. Zakarpatye bizim üçün də mənbə rolunu oynaya bilər. Güclü dostluğun olması üçün həqiqətən sizə güvənirik", deyə Novak bildirib.
O əlavə edib ki, Macarıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Ukraynanın hazırda nələr yaşadığını anlayır.
"İndi manevr üçün siyasi məkan daralır. Xüsusilə indi, bizim də dəstəklədiyimiz birgə bəyanatımız olduqda (bu gün imzalayacağıq) Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü heç bir şübhə doğurmur. Müharibə Krımda başlasa da, Krımın Ukraynaya qaytarılması ilə başa çatmalıdır”, deyə Novak bildirib.
O qeyd edib ki, Macarıstan bir çox proqramlarda sülhü dəstəkləyir, 2022-ci ilin fevral ayından etibarən təxminən 2 milyon insan Ukraynanı tərk edərək Macarıstana gəlib və ölkə "tarixinin ən böyük humanitar yardımını” təqdim edib.
"Mən qan tökülməsinin və müharibənin bitməsindən, bölgəmizdə yenidən sülh hökm sürməsindən başqa heç nə istəmirəm. Sülhə qayıtmaq üçün nə qədər vaxt lazım olursa-olsun, Macarıstan humanitar və təhsil yardımı göstərəcək, həmçinin təhsil layihələrini dəstəkləyəcək”, deyə Novak bildirib.
Nizami Bağırov