Venesuelada özünü müvəqqəti prezident elan edən Xuan Quaydo ölkə rəhbəri Nikolas Maduronu əfv edə biləcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Quaydo açıqlamasında Maduro və ətrafının amnistisiyaya düşməsi üçün Konstitusiyanın icrası və ölkədə nizamin bərpası üçün çalışmalı olduqlarını vurğulayıb.
Qeyd edək ki, ABŞ Xuan Quaydoya dəstək verir. Donald Tramp Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıdığını açıqlayıb. ABŞ dövlət katibi Mayk Pompeo proseslərlə əlaqədar Venesuelaya 20 milyon dollar humanitar yardım təklif edib.
Gülşən