Xəbər lenti

Mafiyanın inanılmaz təhdid üsulları - tutuquşu, timsal, pələng...
Dünya04:57 24.11.2014

Mafiyanın inanılmaz təhdid üsulları - tutuquşu, timsal, pələng...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyada son günlər mafiyaya qarşı keçirilən əməliyyatlar cinayətkar qruplaşmaların bu ölkədə nə qədər geniş yayıldığını bir daha göstərdi. Ötən həftə "Ndrangheta" adlı qruplaşmaya bağlı olduqları deyilən 40 nəfərin həbs olunması İtaliya ilə yanaşı, bütün dünyada geniş əks-səda doğurdu.
Həbslərlə bağlı maraqlı məqam 40 nəfərin əksəriyyətinin ölkənin Şimalında ələ keçirilməsidir. Cənubi İtaliyadakı Kalabriyada yaranan "Ndrangheta" ölkənin şimalında böyük bir əraziyə nəzarəti ələ keçirib.
Qaynar.info xəbər verir ki, illik gəliri 53 milyon avroya çatan qruplaşma təkcə İtaliyada yox, ölkədən xaricdə də inkişaf edib. Bu barədə məlumat yayan "La Repubblica" qəzeti yazır ki, artıq İsveçrə polisi "Ndrangheta"ya qarşı tədbir görməyə başlayıb. İsveçrə polisi "Ndrangheta"ya qarşı mübarizə aparmaq üçün italyan dilininin Kalabriya ləhcəsini bilən tərcüməçi axtarır.
Məlumata görə, bir müddət əvvəl Sürix yaxınlarındakı Frauenfelddə keçirilən mafiya liderlərinin toplantısını dinləyən İsveçrə polisi Kalabriya ləhcəsini başa düşən polis tapa bilməyib. İtalyan əsilli polislərin belə danışıqları anlamaması İsveçrə hüquq-mühafizə orqanlarını fərqli addım atmağa məcbur edib. Belə ki, ölkədə fəaliyyət göstərən universitetlərin ədəbiyyat fakültələrinə elan asan polis Kalabriya ləhcəsini bilən tərcüməçiləri işə dəvət edib. Telefon dinləmələrini tərcümə edəcək bu tərcüməçilər saatda 60 avro qazanacaq.
Təhdid edən tutuquşu
İtaliyanın ən məşhur mafiya təşkilatlarından olan "Camorra" isə ötən həftə orjinal təhdid üsulları ilə gündəmə gəlib. Napoli və ətrafına nəzarət bu qruplaşma üzvlərindən bir ailənin evini axtaran polis çox sayda ekzotik heyvan ələ keçirib. Aralarında bir timsah və pələngin də olduğu bu heyvanlardan "Camorra" təhdid vasitəsi kimi istifadə edir.
İtaliya mətbuatının məlumatına görə, mafiya babaları rəqiblərini və ya xərac ödəməyənləri "Ya pulu verərsən, ya da tisaha yem olarsan" deyə hədələyir. Edvə tapılan iki tutquşunun da mafiya tərəfindən çirkin işlərdə istifadə edildiyi bildirilir. Həmin tutuquşulara "İndi səni vuracm", "Nə qədər istəyirsən?" kimi cümlələr əzbərlətdirilib.
Hakimə dəfn elanı
Roma yaxınlarındakı Latina şəhərində mafiya ilə mübarizə aparan hakimə qarşı inanılmaz ölüm təhdidi cinayətkarların nə qədər cəsarətli olduğunu göstərir. Belə ki, Latinada mafiyaya qarşı qurulan məhkəmənin hakimi Lusiya Ayelli uşaqlarının oxuduğu məktəbin divarına vurulmuş bir dəfn elanında öz adının yazıldığını görüb. Elanda qeyd edilib ki, "vaxtsız vəfat edən Ayellinin dəfn mərasimi gələn həftə keçiriləcək". Eyni elan hakimin çalışdığı məhkəmənin binasına da vurulub.
Bu elanın onu sarsıtdığını bildirən Ayelli "Sanki birilərinin bütün hərəkətlərimi izlədiyi kimi hiss edirəm. Amma bu bizim işimizin bir parçasıdır" deyib.
Jurnalisti hədələdi, bəraət aldı
Napoli mafiyası "Camorra" haqqında kitab yazdıqdan sonra ölüm təhdidləri alan və polisin qorumağa başladığı jurnalist Roberto Saviano da mafiyanın hələ də böyük təsir və dəstəyə sahib olduğunu bildirib. Təxminən iki həftə əvvəl keçirilən məhkəmə iclasında Savianonu təhdid etməkdə suçlanan iki mafiya babası bəraət alıb, sadəcə vəkilləri ittiham edilib.
Saviano bundan sonra "La Repubblica" qəzetində dərc olunan məqaləsində "Buna söylədiyim üçün məyusam, amma bu qədər çətin və qarışıq ildən sonra ölkənin "ən güclü" kəsiminin mafiyaya qarşı olmadığını gördüm. Ölkənin yalnız kiçik bir hissəsi mafiyaya qarşıdır" yazıb.
Qaynar.info