
Böyük Britaniyada yeni xüsusi xidmət orqanı - Milli Anti-kriminal Agentlik yaranır.
Qaynar.info xəbər verir ki, yeni agentlik beynəlxalq mütəşəkkil cinayətkarlıq, insan alveri, seksual cinayətkarlıq, qanunsuz miqrasiya və uşaq zorakılığına qarşı, həmçinin, narkotika və silah qaçaqmalçılığı və kibercinayətkarlığa qarşı mübarizə aparacaq.
Agentliyin əsas mübarizəsi isə ilk olaraq rus və italyan mafiyasına qarşı olacaq.
Əvvəllər isə bu funksiyanı Skotlend-Yard və İngiltərənin əks-kəşfiyyat orqanı olan Mİ-5 yerinə yetirirdi.
Bundan başqa agentlik MDB ölkələrinin hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq edəcək.
Qaynar.info