Magistraturaya qəbul qaydalarında dəyişiklik edilib.
Xezerxeber.az-ın məlumatına görə, bu il magistratura imtahanının birinci mərhələsində ümumi keçid balını toplayan, amma ayrı-ayrı fənlər üzrə minimal balı toplaya bilməyənlər də imtahanın ikinci mərhələsində iştirak edə biləcəklər.
Bununla bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası qərar verib. Dəyişikliyə səbəb birinci imtahandan sonra 200 bakalavrın Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət etməsi olub.
Bu dəyişikliklə ümumi keçid balını keçən, amma ayrı-ayrı fənlər üzrə lazımi balı toplaya bilməyən 717 bakalavra magistr olmaq şansı verilir.
Qeyd edək ki, magistratura imtahanının ikinci mərhələsi iyunun 3-də keçiriləcək və mayın 7-dən 17-dək bakalavrlar seçdikləri proqram üzrə mütləq qeydiyyatdan keçməlidirlər.