Xəbər lenti

Mahir Emreli çıxan çiynini oyunda özü yerinə salıb
İdman23:15 27.04.2022

Mahir Emreli çıxan çiynini oyunda özü yerinə salıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqreb "Dinamo"sunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emrelinin çiyni çıxıb.
Qaynarinfo Fanat.Az-a istinadla xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç açıqlamasında bildirib.
69 yaşlı mütəxəssis bildirib ki, "Qoritsa" ilə matçda rəqiblə ikili mübarizədən sonra yerə yıxılan 25 yaşlı forvard problemi özü yoluna qoyub: "O, həkimlər meydana daxil olanadək çiynini yerinə salıb".
Emreli həmin epizoddan sonra ayağa qalxaraq, oynamağa davam edib. Forvard 75-ci dəqiqədə əvəzlənib.
Futbolçunun bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. O, artıq müalicəyə başlayıb.