Bakının yollarında hərəkət edən avtobusların intervalında gecikmələr var.
Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, gecikmələrə səbəb paytaxt yollarında nəqliyyatın hərəkətində müşahidə edilən sıxlıqdır.