Ötən gün vəfat edən ABŞ Senatoru Con Makkeynin cənazə vəsiyyəti açıqlanıb.
Qaynarinfo xəbər verir ki, beyin xərçəngindən vəfat edən 81 yaşlı Makkeynin ABŞ prezidenti Donald Trampı dəfn mərasimində görmək istəmədiyi açıqlanmışdı. Senator həmçinin sabiq ABŞ prezidentləri Corc Buş və Barak Obamanın cənazə zamanı nitqlə çıxış etməsini istəyib.
Qeyd edək ki, Con Makkeyn Trampa müxalif mövqeyi ilə bilinirdi.
Donald Trampın Senatorun ölümü ilə əlaqədar Ağ Evin açıqlama ilə çıxışını qadağan etdiyi deyilir. Prezident sadəcə "Twitter" hesabı vasitəsilə Makkeynin ailəsinə başsağlığı verib.
Gülşən