
Fransa Baş qərargah rəisi general Pier de Vilie prezident Emmanuel Makronla yaranan fikir ayrılığından sonra istefa verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Makronun büdcə ixtisarı ilə bağlı qərarına Vilie bir müddət idi etiraz edirdi. Makron bir çox sahələrdə xərcləri azaltmaq barədə qərar qəbul edib. Müdafiə nazirliyini də əhatə edən qənaət proqramı hərbi xərcləri 850 milyon avro azaltmağı nəzərdə tutur. Xüsusilə hərbi texnika almaq barədə ixtisarları nəzərdə tutan proqram general Vilienin ciddi narazılığı ilə qarşılanmış, hətta general öz mövqeyini söyüşlə ifadə etmişdi.
Qeyd edək ki, keçən həftə keçirilən Bastiliya paradında əsgərlərə üzünü tutan Makron "Lideriniz mənəm" demişdi.
Gülşən
Qaynarinfo.Az