Xəbər lenti

Dünya 09:33 15.03.2024

Makron Putinin yeni nüvə təhdidlərini cavabladı və ona məsləhət verdi

Rusiya prezidenti Vladimir Putin ölkəsinin nüvə silahına malik olduğu halda təhdid etməməlidir.

Qaynarinfo xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron TF1 telekanalına müsahibəsində deyib.

Kreml rəhbərinin nüvə silahı ilə bağlı təhdidlərini şərh edən Makron "Nüvə silahınız olduqda təhdid etməməlisiniz" deyib.
 
Fransa prezidentinin sözlərinə görə, o, bir neçə aydır ki, Putinlə danışmır. Belə dialoq "lazım olanda” baş verib.

"Vladimir Putin son illərdə sabitliyi pozan gücə çevrilmək qərarına gələn ölkəsində repressiya və avtoritarizmin əsiridir”, - Makron əlavə edib.

O vurğulayıb ki, nüvə dövlətləri bu cür silahlara malik olduqları üçün "ilk növbədə özlərini qorunmuş hiss etməlidirlər”.

"Nüvə silahlarından söhbət gedəndə çox sözə ehtiyac yoxdur. Bu, eskalasiyanın qarşısını almaq üçün bizim üzərimizə məsuliyyət qoyur", - Fransa prezidenti aydınlaşdırıb.

Xatırladaq ki, bu yaxınlarda Vladimir Putin növbəti dəfə öz nüvə silahı ilə Qərb dövlətlərini hədələyib. O, xüsusilə qeyd edib ki, Rusiya "hərbi-texniki baxımdan” nüvə müharibəsinə hazırdır və raketlər daimi döyüş hazırlığı vəziyyətindədir.

Bu cür bəyanatlara cavab olaraq ABŞ qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etmək planlarını görmürlər. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->