Siyasət 10:03 23.10.2022

Makron Qarabağa 2 min əsgər göndərir? - “Türkiyə” qəzetindən iddia

"Türkiyə” qəzetinin yazarı Yılmaz Bilgin sensasion açıqlama ilə çıxış edib.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, o, məqaləsində "Qafqazda Ermənistan və Aralıq dənizində Yunanıstanı oyuncağa çevirmək istəyən Fransanın sözün əsl mənasında odla oynadığını” bildirib.

"Makronun Qarabağı işğal planı var. O, bölgəyə 2000 əsgər göndərmək istəyir. Qarabağa 15 bəndlik işğal planı hazırlayan Fransa Prezidenti Avropa Birliyi ölkələrindən dəstək istəyib. O, həmçinin Nikol Paşinyana danışıqlar prosesini uzatmağı tapşırıb. Makron "Azərbaycan-Türkiyə müttəfiqliyinin uğurlarının həm meydanda, həm də masada təkrarlanması Ərdoğana 2023 seçkilərində böyük bir imkan verəcək” deyib”, - müəllif iddia edib.

Qeyd edək ki, Yılmaz Bilgin iddiasının hardan qaynaqlandığı və "15 bəndlik işğal planı”nda nələrdən bəhs edildiyini açıqlamayıb.