Fransa prezidenti Emmanuel Makron Avropanı səhvlərindən nəticə çıxarmağa və Rusiyanı açaltmamağa çağırıb.
Qaynarinfo "Euronews” saytına istinadla xəbər verir ki, bu barədə Makron mediaya açıqlamasında
bildirib.
Makron deyib ki, axır-əvvəl Rusiya və Ukrayna arasında sülh razılaşması məqamı gələcək. Ona görə də Rusiyanı aşağılamaq və münasibətləri gərginləşdirmək ümumi vəziyyətin ziyanına olar.
"Heç kim unutmasın ki, biz sabah sülh qurmalı olacağıq. Mən bunu əvvəl də demişəm. Biz bunu Rusiya və Ukrayna ilə bir masada etməli olacağıq. Bu müzakirə və danışıqların sonunu Rusiya və Ukrayna müəyyənləşdirəcək. Ancaq bu, inkarla, bir-birini çıxdaş etməklə və ya hətta açlatmaqla olmayacaq”,- Makron deyib.
Makron bu mövqeyi ilə Avropa liderləri içərisində, xüsusilə Putinə qarşı tez-tez sərt ifadələr işlədən Amerika prezidenti Co Baydendən fərqlənir.
Makron daha sonra öz Twitter profilində yazıb:
"Biz Rusiya ilə müharibədə deyilik. Biz avropalılar kimi Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması üçün çalışırıq. Sülhün bizim qitəmizə geri gəlməsi üçün. Biz avropalıların həmişə etdiyi kimi, Ukraynanı yenidən qurmaq üçün orada olacağıq”.
Nurlan Hüseynov