Xəbər lenti

Makron və Şolts Ukraynanı tam dəstəklədiklərini bəyan etdilər
Dünya07:55 10.05.2022

Makron və Şolts Ukraynanı tam dəstəklədiklərini bəyan etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Ukraynanı tam dəstəklədiklərini bəyan ediblər. Onlar bunu Berlində Brandenburq qapısının altından keçərkən ediblər.
Qaynarinfo bu barədə "La Figaro"ya istinadən xəbər verir.
Makron və Şolts bazar ertəsi axşam Berlində, Soyuq müharibənin simvolu olan və Ukraynanın rənglərinə bürünmüş Brandenburq Qapısı altında birlikdə gəzərkən Ukraynaya "tam dəstəklərini" vəd ediblər.
Xatırladaq ki, mayın 9-da Avropa Parlamentində çıxışı zamanı Makron bildirib ki, Ukrayna öz mübarizəsi və cəsarəti ilə artıq Avropa ailəsinin və birliyinin bir hissəsi olduğunu sübut edib.
"Sabah ona namizəd statusu versək belə, onun qoşulması prosesinin bir neçə il, bəlkə də onilliklər çəkəcəyini yaxşı bilirik”, deyə o, əlavə edib.
Fransa prezidenti böyük ehtimalla Böyük Britaniyaya istinad edərək bloka qoşulmaq və ya ondan çıxmaq istəyən ölkələr (Ukrayna, Gürcüstan və Moldova) üçün "paralel təşkilat” yaradılmasını təklif edib. Makronun fikrincə, belə bir "Avropa siyasi icması” demokratik Avropa ölkələri üçün siyasi əməkdaşlıq, təhlükəsizlik, enerji, nəqliyyat, investisiya, infrastruktur və s. sahələrdə əməkdaşlıq üçün yer olacaq.
Bundan sonra Almaniyanın kansleri Makronun ideyası ilə bağlı öz fikrini bildirib: "Birbaşa demək istəyirəm ki, bu çox maraqlı təklifdir. Birlikdə müzakirə etdiyimiz bu təklifdən çox məmnun olduğunu".
Nizami Bağırov