Xəbər lenti

Dünya 12:06 10.03.2024

Makrondan həyat yoldaşının cinsiyyətini dəyişməsi iddialarına cavab

Fransa prezidenti Emmanuel Makron ilk dəfə 70 yaşlı həyat yoldaşı Bricit Makronun kişi doğulması və transseksual olması ilə bağlı şayiələrə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu barədə Fransanın TF1 telekanalına müsahibəsində danışıb.

"Ən pis olanı yalan məlumatlar və uydurma ssenarilərdir. İnsanlar sonda ona inanır və sizi, hətta yaxınlarınızı belə təqib edirlər", deyə Makron bildirib.

Qeyd edək ki, Makronlar 2007-ci ildə evləniblər. Fransa prezidentinin hazırda 46, xanımının 70 yaşı var.

İlk dəfə kəşfiyyatçı Amandine Roy Fransa prezidentinin həyat yoldaşının kişi doğulduğunu açıqlayıb. Söz-söhbətlər 2022-ci ildə, prezidentin yenidən seçilmək üçün kampaniya apardığı zaman ifrat sağçı qüvvələr tərəfindən fəal şəkildə yayılıb. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->